Fotoşəkillərin qəhrəmanları dünyaca məşhur dövlət liderləri və ictimai xadimlərdir Fotoşəkillərin qəhrəmanları dünyaca məşhur dövlət liderləri və ictimai xadimlərdir

Moskvada Prezident İlham Əliyevin fotosunun da nümayiş olunduğu sərgi açıldı

Fotoşəkillərin qəhrəmanları dünyaca məşhur dövlət liderləri və ictimai xadimlərdir

Rusiya paytaxtında Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) 75 illik yubileyinə həsr olunan fotosərgi açılıb.

Rusiyanın TASS informasiya agentliyi ilə MQİMO-nun birgə təşkil etdiyi sərgidə 20 foto nümayiş olunur.

“MQİMO, yubileyin mübarək!" adlı ekspozisiya Tverskoy bulvarda yerləşən TASS agentliyinin mənzil-qərargahının önündə açılıb.

Ziyarətçilər Rusiya və dünyanın intellektual potensialının formalaşmasında mühüm rol oynayan MQİMO-nun tarixi və müasir həyatını əks etdirən fotoları görə bilərlər. Ekspozisiyaya TASS-ın fotoqraflarının çəkdikləri və MQİMO-unun mətbuat xidməti tərəfindən təqdim edilən fotolar daxil edilib.

Fotoşəkillərin qəhrəmanları dünyaca məşhur dövlət liderləri və ictimai xadimlərdir. Onların sırasında vaxtı ilə MQİMO-da məruzə oxumuş Şimon Peres, Bill Klinton, Marqaret Tetçer, Nikola Sarkozi, Madlen Olbrayt və digər tanınmış dövlət xadimləri var.

Bundan başqa, fotosərgidə MQİMO-nun hazırda mühüm dövlət vəzifələri tutan məzunlarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin fotosu da nümayiş olunur. (APA)

AzNews.az