Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə Minsk qrupu prosesi çərçivəsində müəyyən olunmalıdır Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə Minsk qrupu prosesi çərçivəsində müəyyən olunmalıdır

Zaxarova erməni jurnalistini yerində oturtdu - "SSRİ XİN-in mətbuat katibi deyiləm"

Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə Minsk qrupu prosesi çərçivəsində müəyyən olunmalıdır

"Mən Sovet İttifaqının Xarici İşlər Nazirliyinin mətbuat katibi deyiləm. Ukrayna, yaxud Azərbaycanda siyasətçilərin bəyanatlarını şərh edə bilmərəm. Azərbaycan da, Ermənistan da ayrıca suveren dövlətlərdir. Bu və ya digər bəyanata Rusiya XİN adından qiymət verə bilmərəm".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında səsləndirdiyi fikirlərlə bağlı erməni jurnalistin sualına cavabında bildirib.

M. Zaxarova deyib ki, Yerevan və Bakı tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çoxsaylı bəyanat verilir.

"Bu bəyanatlar müxtəlif səviyyələrdə emosionallığa, tarixi və müasir məzmuna malikdir. Biz hazırda masa üzərində olan, münaqişə tərəfləri ilə razılaşdırılmış sənədlərlə işləyirik. Bizim vasitəçi kimi vəzifəmiz ondan ibarətdir ki, bu məsələnin nizamlanmasını və məqsədə çatmağı maksimal dərəcədə sürətləndirək. Öz tərəfimizdən münaqişə tərəflərini hər zaman konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq. Rusiya münaqişənin həlli istiqamətində öz rolunu oynayır. Tərəfləri də bu istiqamətdə konstruktiv addımlar atmağa çağırırıq. Bir daha deyirəm ki, bizim razılaşdırılmış sənədlərimiz, irəliyə doğru getmək üçün gündəmimiz var", - deyə Rusiya XİN sözçüsü bildirib.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı mövqeyinin məlum olduğunu və bu mövqenin dəyişməz qaldığını diqqətə çatdırıb: "O ki qaldı Dağlıq Qarabağın yekun statusuna, Rusiya tərəfindən indiyə kimi bu barədə verilən bəyanatlar aktualdır. Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə Minsk qrupu prosesi çərçivəsində müəyyən olunmalıdır". (APA)