Layihə ilə bağlı səsvermənin noyabrda keçiriləcəyi bildirilib Layihə ilə bağlı səsvermənin noyabrda keçiriləcəyi bildirilib

Rusiya rəsmən müraciət etdi - BMT Nyu-Yorkdan Avropaya köçürülsün!

Layihə ilə bağlı səsvermənin noyabrda keçiriləcəyi bildirilib

Rusiya rəsmi şəkildə BMT Baş Assambleyasının Birinci Komitəsinin qərargahının Nyu-Yorkdan Vyana və ya Cenevrəyə köçürülməsiylə əlaqədar adı çəkilən komitəyə layihə təqdim edib.

Bu məlumatı “RİA Novosti” BMT-dəki mənbələrinə istinadən yayıb. Layihə ilə bağlı səsvermənin noyabrda keçiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Rusiya nümayəndə heyətinin bir sıra üzvlərinə BMT Baş Assambleyasının iclasında iştirak üçün viza verməyib.

Moskva buna etiraz olaraq, Baş Assambleyanın Nyu-Yorkdan köçürülməsini tələb edib. (Axar.az)

AzNews.az