Qaregin Njdeyə qoyulmuş xatirə lövhəsini sökməyə verdikləri vədin müddəti bitib Qaregin Njdeyə qoyulmuş xatirə lövhəsini sökməyə verdikləri vədin müddəti bitib

Rusiyada erməni faşistinə qoyulmuş abidəyə belə etiraz etdilər

Qaregin Njdeyə qoyulmuş xatirə lövhəsini sökməyə verdikləri vədin müddəti bitib

Rusiyanın Armavir şəhərində faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyanın (Njde) xatirə lövhəsi qara boya ilə rənglənib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə noyabrın 12-də jurnalistlərə Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov məlumat verib.

Noyabrın 11-də həm yerli hakimiyyət, həm də “Rusiya Erməniləri İttifaqı”nın yerli şöbəsinin nümayəndələrinin SS-in erməni legionunun təşkilatçısı Qaregin Njdeyə qoyulmuş xatirə lövhəsini sökməyə verdikləri vədin müddəti bitib.

Deputat Vinoqradov dəfələrlə bəyan etmişdi ki, lövhənin sökülməsi barədə vədlər yerinə yetirilməsə, o, bu məsələni müstəqil həll edəcək. Ölkə və yerli hakimiyyət, eləcə də prokurorluq orqanlarının fəaliyyətsizliyi nəticəsində lövhə əvvəlki yerdə qalmışdı. Bu səbəbdən də Vinoqradov öz fəal vətəndaş mövqeyini qara boya ilə Qaregin Njdenin memorial lövhəsini rəngləməklə ifadə edib.

“Üçüncü Reyxlə əməkdaşlıq edənə abidələrin quraşdırılması alman-faşist işğalçıları ilə vuruşmuş xalqa təhqirdir. Qaregin Njde əgər “qəhrəman”dırsa, onda ona xatirə lövhələri ucaldanlar kimdirlər?” – Vinoqradov bildirib.

Qeyd edək ki, 2017-ci ildə Armavir sakinləri şəhərin ərazisində Qaregin Ter-Arutyunyana quraşdırılmış xatirə lövhəsini sökmək tələbi ilə yerli hakimiyyət orqanlarına, hüquq-mühafizə və prokurorluq orqanlarına kollektiv bəyanat göndərmişdilər.

Xatırladaq ki, Njde Böyük Vətən müharibəsi zamanı Şimali Qafqazda, daha sonra isə Qərb cəbhəsində Sovet ordusuna qarşı döyüşlərdə iştirak etmiş SS erməni legionunun formalaşmasında iştirak edib.

AzNews.az