Bu dağılmanın əsasında effektsiz iqtisadi siyasət durur Bu dağılmanın əsasında effektsiz iqtisadi siyasət durur

Putin SSRİ-nin dağılma səbəbini açıqladı

Bu dağılmanın əsasında effektsiz iqtisadi siyasət durur

“SSRİ-nin dağılmasının Baltikyanı ölkələrdə millətçiliyin artması ilə heç bir əlaqəsi yoxdur. Sovet İttifaqının suqutu effektsiz iqtisadi siyasət üzündən baş verdi”.

RİA Novosti-yə istinadən bildirilir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunda çıxışı zamanı deyib:

“Sovet İttifaqının suqutuna gəlincə, onun Baltikyanı ölkələrdəki millətçiliyə az dəxli var. Bu dağılmanın əsasında SSRİ-nin effektsiz iqtisadi siyasəti durur. Bu siyasət faktik olaraq sosial sferada kollaps yaratdı və siyasi sferada nəticələrə gətirib çıxartdı”.

Putinin sözlərinə görə, SSRİ-nin süqutunun nəticələri insanların düşündüklərindən də pis oldu. (Azpost.info)

AzNews.az