- Rusiya və İran
- 27 Noyabr 2019 19:52
- 3 350
Rusiya Qırğızıstana hərbi texnika verdi - Təmənnasız
Verilən texnika Rusiya müəssisələrində müasir səviyyədə təmir olunub
Rusiya Müdafiə Nazirliyi Qırğızıstana iki ədəd Mi-8MT vertolyotu və iki radiolokasiya stansiyası verib.
Rusiya mediası xəbər verir ki, hərbi texnika rəsmi Bişkekə hərbi-texniki yardım məqsədilə təmənnasız verilib.
Verilən texnika Rusiya müəssisələrində müasir səviyyədə təmir olunub.
Müdafiə Nazirliyinin açıqlamasında iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafı çərçivəsində regionda sabitliyin saxlanılmasının vacibliyi qeyd olunub.(qafqazinfo.az)
AzNews.az