Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq

Lavrov gələn ay Azərbaycana gələcək

Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il dekabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, səfər çərçivəsində S.Lavrovun ölkə rəhbərliyi ilə, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulduğunu söyləyib.

“İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar sahələrdəki başlıca məsələlərə dair dialoq davam etdiriləcək. Həmçinin xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının da imzalanacağı nəzərdə tutulur".

XİN sözçüsü iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsələlərə diqqət yetiriləcəyini vurğulayıb:

“Regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq”.

AzNews.az