Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib

Putinin təyyarəsi Bişkekə riskli eniş etdi

Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi ötən gün Qırğızıstanın paytaxtı Bişkek şəhərinə riskli eniş həyata keçirib.

Rusiya KİV-lərinə istinadən xəbər verilir ki, KTMT sammitində iştirak etmək üçün Bişkekə səfər edən Putinin təyyarəsini olduqca əlverişsiz hava şəraiti səbəbindən Qazaxıstanın Almatı şəhərinin aeroportuna yönləndirmək istəyiblər. Çünki Bişkek aeroportunda qatı duman və yüksək rütubət müşahidə olunub, görmə məsafəsi cəmi bir neçə metr təşkil edib.

Lakin Putinin təyyarəsinin komandiri əlverişsiz hava şərtlərinə baxmayaraq Bişkekə enməyə qərar verib. “Komandir “endirəcəm” dedi və güclü duman şəraitində layneri böyük ustalıqla endirdi, təyyarənin enişi güclə hiss olundu”,- mənbə life.ru-ya bildirib.

Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib: “Bəli, belədir. Lakin prezident təyyarəsi üçün yol verilən bütün qaydalara əməl olundu”. (Virtualaz.org)

AzNews.az