Qətldən sonra o, qadının bədəninə ritual simvollar çəkib Qətldən sonra o, qadının bədəninə ritual simvollar çəkib

Polis məhkəmədən qaçmaq istəyən caninin şalvarını çıxartdı - VİDEO

Qətldən sonra o, qadının bədəninə ritual simvollar çəkib

Rusiyada bacısını öldürməkdə ittiham olunan Leonid Qreyser adlı şəxs məhkəmə zalındaca şüşə qəfəsdən çıxa bilib.

AzNews.az-ın “Life Shot” Teleqram-kanalına istinadən verdiyi məlumatına əsasən, hadisə dekabrın 10-da Moskvanın Şerbinski rayon məhkəməsində baş verib. Məhkəmə prosesi zamanı cinayət törətməkdə şübhəli bilinənQreyserin nəzarət altına alınıb-alınmayacağı məsələsinə baxılırdı.

Hadisə məhkəmə zalına quraşdırılmış videokameralar tərəfindən lentə alınıb. Kadrlardan görünür ki,Qreyser əllərini uzadaraq şüşə qəfəsin yuxarısındakı boşluqdan yapışır və dartınaraq tavana dırmaşır.

Qaçış polis əməkdaşlarının gözü qarşısında baş verir. Keşikçilər onun ayaqlarından tutaraq aşağı dartmağa çalışırlar və bu zaman şalvarını əynindən çıxarırlar. Polis əməkdaşları Qreyserin ayaqlarından elektroşokerlə də vursalar da, kişi müqavimət göstərməkdə davam edir.

Kanalın məlumatına əsasən, Qreyser Moskvada bacısını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir. Bildirilir ki, qətldən sonra o, qadının bədəninə ritual simvollar çəkib. Qreyserin sözlərinə əsasən, cinayəti “şübhələrdən yaxa qurtarmaq üçün” edib.

Uğursuz qaçışdan sonra məhkəmə Qreyserin iki ay müddətinə həbs olunması ilə bağlı qərar verib.