Rusiya dövlət başçısı cənazənin önünə gül dəstəsi qoyub Rusiya dövlət başçısı cənazənin önünə gül dəstəsi qoyub

Putin Lujkovla vida mərasimində iştirak etdi

Rusiya dövlət başçısı cənazənin önünə gül dəstəsi qoyub

Rusiya Prezidenti Vladimir Putin Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimində iştirak edib.

Moskvada Xilaskar İsa Məsihin Məbədi Kilsəsində keçirilən vida mərasiminə qatılan Rusiya dövlət başçısı cənazənin önünə gül dəstəsi qoyub və Y. Lujkovun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, 1992-2010-cu illər ərzində Moskvanın meri olmuş Y. Lujkov 83 yaşında Almaniyada xəstəxanada vəfat edib.

Y. Lujkov bu gün Moskvanın "Novodeviçye" qəbiristanlığında dəfn olunacaq. (APA)

AzNews.az

image description image description