Hərbi birləşmə Rusiyanın nəzarəti altında olacaq Hərbi birləşmə Rusiyanın nəzarəti altında olacaq

Rusiya Suriyada "yeni PKK" yaradır

Hərbi birləşmə Rusiyanın nəzarəti altında olacaq

Rusiyanın dəstəyi ilə qurulmuş PKK/YPG-nin yerini doldurmaq məqsədi ilə yeni alternativ əsgəri güc yaradılır. Suriyada yaradılan yeni hərbi dəstə yüngül silahlarla və zəruri olarsa, ağır silahlarla təchiz ediləcək.

AzNews.az xarici mənbəyə istinadən bildirir ki, artıq Türkiyə ilə sərhəd xəttində yerləşən Suriyanın Haseke şəhərinin Amude, Derbesiye və Til Temir rayonlarında hərbi dəstələrin yaradılmasına başlanılıb.

Bu dəstənin terror təşkilatı PKK/YPG-nin əvəzinə qurulduğu bildirilir.

Hərbi birləşmə Rusiyanın nəzarəti altında olacaq və bölgədəki rus hərbi polisinə yardım edəcək.

Alınan məlumata görə, Kamışlı hava limanında yeni qurumun təlimlərinə start verilib.

Suriyanın şimalındakı neft yataqlarına nəzarət edən ABŞ rəhbərliyi bir gün əvvəl İraq səması ilə bölgəyə yeni hərbi yüklər göndərib. Məqsəd həmin ərazidə nəzarəti gücləndirməkdir.

AzNews.az