Ermənistanda 1 401 nəfər virusa yoluxub Ermənistanda 1 401 nəfər virusa yoluxub

Moskvadakı erməni diplomatlar koronavirusa yoluxub

Ermənistanda 1 401 nəfər virusa yoluxub

Ermənistanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı koronavirusa yoluxub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 21-də Ermənistan xarici işlər nazirinin müavinin Avet Adons hökumətin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfirlik əməkdaşları Ermənistan vətəndaşları ilə təmas nəticəsində virusa yoluxublar: “Xaricdə olan vətəndaşlarımızdan yoluxduqları infeksiyanın simptomları barədə informasiyanı bir-birindən və səfirlik nümayəndələrindən gizlətməmələrini xahiş edirəm”.

Xatırladaq ki, aprelin 21-nə olan məlumata əsasən, Ermənistanda 1 401 nəfər virusa yoluxub, 24 nəfər pandemiyadan ölüb.