Bu barədə “worldometers.info” saytında məlumat verilib Bu barədə “worldometers.info” saytında məlumat verilib

Rusiyada bir gündə 200-ə yaxın pasiyent koronavirusdan öldü

Bu barədə “worldometers.info” saytında məlumat verilib

Rusiyada son sutka ərzində daha 8 248 nəfərdə koronavirus aşkarlanıb, 193 pasiyent vəfat edib.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 545 458-ə, bu virusdan ölənlərin sayı isə 7 284-ə yüksəlib.

Bundan əlavə, indiyədək 294 306 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 243 868 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağırdır.