Peyvəndin insan bədəninin qoruyucu funksiyalarını daha da gücləndirəcəyi gözlənilir Peyvəndin insan bədəninin qoruyucu funksiyalarını daha da gücləndirəcəyi gözlənilir

Rusiya bəşəriyyəti bəladan qurtarmağa nail oldu

Peyvəndin insan bədəninin qoruyucu funksiyalarını daha da gücləndirəcəyi gözlənilir

İki həftə əvvəl Rusiyada yerləşən Burdenko adına hərbi hospitalda COVİD-19-a qarşı 18 könüllü üzərində sınaqdan keçirilən peyvəndin nəticələri açıqlanıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda könüllülərin özlərini yaxşı hiss etdikləri bildirilib: “Rusiya Müdafiə Nazirliyi akademik Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birgə həyata keçirilən koronavirus peyvəndinin sınaq iştirakçılarının ikinci qrupunun vəziyyəti stabildir, heç bir fəsad və ya əks təsir yoxdur”.

Qeyd olunub ki, sınağın 21-ci günündə könüllülərə vaksinin ikinci komponenti tətbiq ediləcək. Peyvəndin insan bədəninin qoruyucu funksiyalarını daha da gücləndirəcəyi gözlənilir.

Pərvanə