• Rusiya
  • 12 Dekabr 2020 10:08
  •  248

Rusiya Ukraynaya qarşı sanksiyaları genişləndirdi

Müvafiq sənəd rəsmi hüquqi məlumat portalında dərc olunub

Rusiyanın Baş naziri Mixail Mişustin Ukraynaya qarşı sanksiya siyahısını genişləndirib.

AzNews.az bildirir ki, müvafiq sənəd rəsmi hüquqi məlumat portalında dərc olunub.

Ümumilikdə siyahıda 849 fiziki şəxs yer alıb. Siyahıya Ali Radanın spikeri Dmitri Razumkov, Ali Radanın spikerinin birinci müavini Ruslan Stefançuk, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Yelizaveta Yasko, Ukraynanın “Xalqın qulluqçusu” fraksiyasının deputatları Andrey Gerus, Olqa Vasilevskaya-Smaqlyuk, Maksim Bujanski, Geo Leros, Aleksandr Kaçura əlavə edilib.