Təfərrüatlı açıqlamalar axtarmağa davam edəcəyik Təfərrüatlı açıqlamalar axtarmağa davam edəcəyik

Zaxarovadan Rusiya gəmisində axtarış aparılmasına REAKSİYA

Təfərrüatlı açıqlamalar axtarmağa davam edəcəyik

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aralıq dənizində Avropa İttifaqının “İrini Əməliyyatı” çərçivəsində “Adler” adlı karqo gəmisində Yunanıstan donanmasının axtarış aparmasına münasibət bildirib.

M.Zaxarova Yunanıstan rəsmiləri ilə yaşanan hadisənin detalları barədə danışıqlar getdiyini bildirib.

“İrina Əməliyyatı” beynəlxalq hüquq və BMT TŞ-nin 2292 saylı qərarı çərçivəsində həyata keçirilməlidir. Bununla bağlı Avropa İttifaqının səlahiyyətlilərinə dəfələrlə müraciət olunub.

Gəmilərdə axtarış aparmadan öncə həmin gəminin bayrağı altında üzdüyü dövlətin razılığının alınması vacibdir. Əməliyyat Liviyada tərəflərdən birinin cəzalandırılmasına xidmət etməməlidir və bütün Liviya sahilləri boyunca açıq dənizləri əhatə etməlidir”, - M.Zaxarova vurğulayıb.

O bildirib ki, əməliyyat mərkəzi axtarışın nəticələrini BMT TŞ-nin komitəsinə təqdim etməlidir: “Əksinə, bu əməliyyat Avropa İttifaqının maraqlarına xidmət edib və şəffaf olmayıb. Bu məlumatlar çərçivəsində yaşananların kökləri barədə təfərrüatlı açıqlamalar axtarmağa davam edəcəyik”. (Qafqazinfo)