"O ərazilər tamamilə minalanıb. İnsanlar oraya qayıda bilmir" "O ərazilər tamamilə minalanıb. İnsanlar oraya qayıda bilmir"

BMT Qarabağla bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu

"O ərazilər tamamilə minalanıb. İnsanlar oraya qayıda bilmir"

BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb.

Aznews.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Zvezda" telekanalına müsahibəsində deyib.

O bildirib ki, noyabrda münaqişə başa çatandan sonra təşkilata müraciət olunub:

"Biz BMT-nin mina əleyhinə mərkəzinə müraciət etdik. O ərazilər tamamilə minalanıb. İnsanlar oraya qayıda bilmir. İndiyə qədər kimsə gəlib? Hələ ki, heç kim".

Nazir vurğulayıb ki, hələlik bölgədə rusiyalı istehkamçılar işləyir.

Aznews.az