Müvafiq hökumət sərəncamında gördüklərimiz həqiqi vəziyyətin əksidir Müvafiq hökumət sərəncamında gördüklərimiz həqiqi vəziyyətin əksidir

Rusiyaya dost olmayan ölkələrin siyahısı genişlənə bilər

Müvafiq hökumət sərəncamında gördüklərimiz həqiqi vəziyyətin əksidir

“Dost olmayan ölkələrin siyahısını genişləndirmək mümkündür, lakin Moskva bu siyahının ölçüsüz olmasını istəmir”.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RBC”yə verdiyi müsahibəsində bildirib.

“Dost olmayan ölkələrin siyahısı genişlənə bilər, baxmayaraq ki, bu dövlətlər siyahısının ölçüsüz olmasını istəməzdik. İndiyə qədər bizimlə qarşıdurmada ən çox hiddətli mövqeyi Vaşinqton və Praqa tutub. Müvafiq hökumət sərəncamında gördüklərimiz həqiqi vəziyyətin əksidir. Burada ritorika elementi yoxdur”, -deyə o vurğulayıb.

Qeyd edək ki, ötən həftə Rusiya hökumətinin rəsmi hüquqi məlumat portalında dost olmayan xarici dövlətlərin siyahısı yayımlanıb. Siyahıya yalnız ABŞ və Çexiya daxildir.