Evdə 4 nəfərin olduğu ehtimal edilirdi Evdə 4 nəfərin olduğu ehtimal edilirdi

Rusiyada yanan ev 3 can aldı

Evdə 4 nəfərin olduğu ehtimal edilirdi

Rusiyanın Yakutsk şəhərində fərdi yaşayış evinin yanması nəticəsində 3 nəfər ölüb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən bildirilib.

Məlumata görə, Yakutskda evdə baş verən yanğının söndürülməsindən sonra içəridə üç nəfərin qalıqları aşkarlanıb.

“Evdə 4 nəfərin olduğu ehtimal edilirdi. 3 nəfərin qalıqları aşkar edildi, hadisə yerinin yoxlanılması davam edir”, - deyə nazirliyin məlumatında deyilir.