Qərar “Rossiyski Qazeta”da yayımlandıqdan sonra qüvvəyə minəcək Qərar “Rossiyski Qazeta”da yayımlandıqdan sonra qüvvəyə minəcək

Putin seçkilərin vaxtı ilə bağlı qərar imzaladı

Qərar “Rossiyski Qazeta”da yayımlandıqdan sonra qüvvəyə minəcək

Rusiya Prezidenti Vladimir Putin parlament seçkilərinin sentyabrın 19-da keçirilməsi ilə bağlı qərar imzalayıb.

AzNews.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qərar “Rossiyski Qazeta”da yayımlandıqdan sonra qüvvəyə minəcək.

Dövlət Duması üçün Rusiyanın bütün bölgələrində xalq seçkiyə gedəcək və dumada onları təmsil edəcək 450 deputatı müəyyənləşdirəcək.

O da qeyd olunub ki, rusiyalı müxalif Aleksey Navalnı və komandası seçkilərə qatıla bilməyəcək. Çünki bir neçə gün əvvəl Putinin imzaladığı qərara görə, məhkum olunmuş və ya qeyri-qanuni təşkilatların rəhbərlərinə beş il boyunca seçilmək yasağı qoyulub.