Rusiyalı nazir: "Onlar üçün bu cür ziyarətlər qəbulolunmazdır" Rusiyalı nazir: "Onlar üçün bu cür ziyarətlər qəbulolunmazdır"

"Amerika Orta Asiyada qoşun yerləşdirə bilməz" - Lavrov

Rusiyalı nazir: "Onlar üçün bu cür ziyarətlər qəbulolunmazdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusiyanın paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) xarici işlər nazirlərinin görüşü zamanı jurnalistlərin ABŞ-ın Özbəkistana terrorla mübarizə qüvvələrini yerləşdirməsi ilə bağlı suallarını cavablandırıb.

AzNews.az xəbər verir ki, o, ABŞ-ın Orta Asiyada qoşun yerləşdirməsi ilə bağlı istəyinə bölgədəki ölkələrin qarşı çıxdığını bildirib.

“Onlar üçün bu cür ziyarətlər qəbulolunmazdır. Yenə də deyirəm, Orta Asiyadan olan dostlarımız bizə deyirlər ki, nə ABŞ, nə də NATO ölkələrinin bu cür təşəbbüsünü istəmirlər", - S. Lavrov deyə vurğulayıb.

Nazir ABŞ-ın bu niyyəti ilə bağlı məlumatı olmadığını vurğulayıb. O, bu haqda sualları Özbəkistan hökumətinə ünvanlamağı məsləhət görüb.

S. Lavrov həmçinin Rusiya-ABŞ arasında danışıqların davam etdiyini, iki ölkənin liderləri arasında danışıqların bundan sonra da davam etməsi üçün potensial proqramların nəzərdən keçirildiyini bildirib.

Lamiyə Əliyeva