Sergey Markov: “Qərb Türkiyədəki qeyri-sabit vəziyyətdən yararlanmağa çalışır” Sergey Markov: “Qərb Türkiyədəki qeyri-sabit vəziyyətdən yararlanmağa çalışır”

“Qərb Ərdoğanı aradan götürmək istəyir”

Sergey Markov: “Qərb Türkiyədəki qeyri-sabit vəziyyətdən yararlanmağa çalışır”

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, Dumanın keçmiş üzvü Sergey Markov Türkiyədə baş verənlərlə bağlı danışıb.

AzNews.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markovun fikrincə, son hadisələr Ərdoğanın ABŞ və Avropa İttifaqı tərəfindən istənmədiyini göstərir.

Markov Qərbin Türkiyədəki qeyri-sabit vəziyyətdən yararlanmağa çalışdığını ifadə edib.

“Aydındır ki, ABŞ və Aİ Türkiyədəki son mürəkkəb vəziyyətdən istifadə etməyə çalışır. Onların ölkədə siyasi vəziyyəti daha da pisləşdirəcək yeni təşəbbüslərlə çıxış edəcəklərini gözləmək lazımdır. Seçkilərə hələ iki il var. Bu müddət ərzində Ərdoğanın mövqeyini düzəltməyə imkan verəcək hadisələr baş verə bilər.

Şübhəsiz ki, bu gün hakimiyyətə gələ biləcək müxalifət ABŞ və Aİ-nin lehinədir. Qərb Ərdoğanı aradan götürmək istəyir, çünki başqa məsələlərlə yanaşı, Rusiya ilə yaxşı münasibətləri var”, - Markov qeyd edib.

Politoloqun fikrincə, Ərdoğan ancaq Moskva və Pekindən real dəstək ala bilər.
O bunun üçün Türkiyənin Rusiya və Çinlə daha sıx əlaqələr qurmasının lazım olduğunu vurğulayıb.

Şəbnəm Zahir