Özünü Donetsk Xalq Respublikası elan etmiş qurumun yaydığı məlumata görə, ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulub Özünü Donetsk Xalq Respublikası elan etmiş qurumun yaydığı məlumata görə, ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulub

Donetskdə atəşkəs yenidən pozulub

Özünü Donetsk Xalq Respublikası elan etmiş qurumun yaydığı məlumata görə, ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulub

“RİA Novosti”nin məlumatına görə, Ukraynanın güc strukturları ötən sutka ərzində Donbasda atəşkəs rejimini bir dəfə pozub. Bu barədə sayta məlumat verən qondarma Donetsk Xalq Respublikasının nümayəndəsi atəşkəs rejiminə nəzarət və əlaqələndirmə üzrə Birgə Mərkəzdə jurnalistlərə onu da deyib ki, iki gün əvvəl Ukrayna tərəfindən atəşkəs rejiminin dörd dəfə pozulması faktı qeyd olunub.

Bu arada Ukrayna ərazisində yaradılmış digər qondarma qurum - Luqansk Xalq Respublikasının emissarları adıçəkilən mərkəzin əməkdaşı sayılan rusiyalı zabitin qeyd-şərtsiz azad olnmasını tələb ediblər.

Məlumata onu da əlavə ediblər ki, ukraynalı hərbçilər əsasən, qumbaraatanlardan istifadə edir.