"Suverenliyi qorumaq üçün lazım gələrsə, biz ondan istifadə edəcəyik" "Suverenliyi qorumaq üçün lazım gələrsə, biz ondan istifadə edəcəyik"

“Rusiya heç kəsi nüvə silahı ilə hədələmir” - Putin

"Suverenliyi qorumaq üçün lazım gələrsə, biz ondan istifadə edəcəyik"

Rusiya heç kəsi nüvə silahı ilə hədələmir, bu silah bizdə var, hamı bu barədə bilməlidir, suverenliyi qorumaq üçün lazım gələrsə, biz ondan istifadə edəcəyik.

Aznews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib

"Biz bu cür obrazın ritorikasını eşidirik. Bu, haradan qaynaqlanır? Onların öz açıqlamalarından, bir məsuliyyətsiz siyasətçi nəyisə dilə gətirir, sonra digəri, çox yüksək səviyyədə, Xarici İşlər Nazirliyi səviyyəsində bu barədə nə isə deyir. Amma biz nə, susacağıq? Ona görə cavab veririk. Cavab verən kimi bizdən yapışıb deyirlər: Baxın, Rusiya hədələyir. Biz heç nə ilə hədələmirik, amma hamı bilməlidir ki, bizim nəyimiz var, suverenliyimizi qorumaq üçün lazım gələrsə nədən istifadə edəcəyik”, - deyə Putin nüvə müharibəsi təhlükəsi ilə bağlı sualı cavablandırarkən deyib.