ABŞ Rusiya-Pakistan enerji sazişlərinə mane olacaq

Vaşinqton Moskva və İslamabad arasında enerji sahəsində əməkdaşlığa mane olacaq.

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Bilaval Bhutto Zərdari ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Birləşmiş Ştatlara gəldikdə isə, bizim enerji sahəsində sövdələşmələrimizə mane olacaqlar. Birləşmiş Ştatlar, demək olar ki, hamıya açıq şəkildə, həyasızcasına və kifayət qədər təkəbbürlə deyir ki, siz Rusiya ilə iş görə bilməzsiniz. Son zamanlar Çinə, eləcə də Hindistan, Türkiyə və Misirə qarşı təhdidlər olub. ABŞ-ın elə bir ölkə yoxdur ki, ona bu cür neokolonial mesajlar göndərməsin”-deyə Lavrov qeyd edib.

Mövsüm