XİN: "Rusiya, Türkiyə və Suriya hərbi nümayəndə heyətlərinin görüşü gözlənilir"

Bu ay Rusiya, Türkiyə və Suriya hərbi nümayəndə heyətlərinin görüşü keçiriləcək.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəndən (XİN) bildirilib.

Qeyd olunub ki, müzakirələr ekspertlər səviyyəsində baş tutacaq.

Görüşün dəqiq tarixi açıqlanmayıb

Həmçinin bildirilib ki, Rusiya, Türkiyə və Suriya XİN başçılarının görüşünün dəqiq tarixi hələ müəyyən edilməyib, amma məsləhətləşmələr aparılır.