Rusiya: İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxması onun maraqlarına uyğun deyil

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) Baxış Konfransında Rusiya nümayəndə heyətinin rəhbəri Andrey Belousov bildirib ki, İranın bu müqavilədən çıxması nə indi, nə də gələcəkdə ölkənin maraqlarına cavab verir.

“Belə addım İranın özünə zərər verər”

Belousov PIR Mərkəzinin seminarında çıxışı zamanı qeyd edib ki, İran suveren dövlətdir və istədiyi qərarı qəbul etmək hüququna malikdir.

“Lakin mənim fikrimcə, belə bir addım bir çox səbəblərə görə nə indi, nə də gələcəkdə İranın maraqlarına uyğun olmaz. Bu halda Tehran dinc nüvə enerjisi sahəsində planlarını həyata keçirərkən müqavilənin, xüsusilə də 3-cü və 4-cü maddələrinin təmin etdiyi imkanlardan yararlana bilməyəcək”, – deyə diplomat vurğulayıb.

“Bu, rəqiblərinə əlavə bəhanə verər”

Rusiyalı diplomatın sözlərinə görə, dinc nüvə enerjisi proqramı İran üçün son dərəcə mühüm məsələdir.

Belousov qeyd edib ki, əgər İran müqavilədən çıxarsa, bu, ölkənin rəqiblərinə Tehrana qarşı daha sərt tədbirlər görmək üçün əlavə əsas verə bilər.

“İran rəhbərliyi belə bir addım atmayacaq”, – deyə o əlavə edib.

Mövsüm,

AzNews.az