“Winamp” musiqi proqramı bir tətbiq olaraq telefonlara gəlməyə hazırlaşır. “Winamp” musiqi proqramı bir tətbiq olaraq telefonlara gəlməyə hazırlaşır.
  • Mahal
  • 17 Oktyabr 2018 22:56
  •  1 464

“Winamp” geri qayıdır - Bu dəfə...

“Winamp” musiqi proqramı bir tətbiq olaraq telefonlara gəlməyə hazırlaşır.

1997-ci ildə ilk dəfə olaraq fəaliyyətə başlayan “Winamp" 2002-ci ildə AOL tərəfindən alınmış və inkişaf etdirilmişdi.

Pulsuz yüklənə bilməsi və musiqilər üzərində hakim olması proqramı rəqiblərindən üstün olmasına gətirib çıxarmışdı. 2014-cü ildə isə AOL şirkəti “Winamp”ı “Radionomy” adlı bir şirkətə satdı.

İndi isə “Winamp” mobil tətbiq kimi ortaya çıxmağa hazırlaşır. Radionomy baş icraçı direktoru Aleksandr Sabundjian “Winamp”ın mirasını daşıdıqlarını və növbəti mobil versiyanın sahəsində ən yaxşısı olacağını qeyd edib.

“Winamp” telefon və planşetlə yanaşı, həm də kompüterlərdə də işləyəcək.

“Winamp”ın bu yeni versiyasının hansı görünüşdə olacağı və yeni xüsusiyyətləriylə bağlı hələki daha ətraflı məlumat yoxdur.(modern.az)

AzNews.az