QİÇS xəstəliyinin müalicəsi ilə bağlı yeni üsul üzə çıxıb. QİÇS xəstəliyinin müalicəsi ilə bağlı yeni üsul üzə çıxıb.
  • Mahal
  • 18 Oktyabr 2018 14:42
  •  3 117

QİÇS xəstəliyinin çarəsi tapıldı - Tibb elmində mühüm nailiyyət

QİÇS xəstəliyinin müalicəsi ilə bağlı yeni üsul üzə çıxıb.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, hər il, təxminən, bir milyon nəfərin ölümünə səbəb olan QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinin müalicəsində ciddi inkişaf baş verib.

“İrsiCaixa” tədqiqat mərkəzi və Qreqorio Maranon xəstəxanasının ortaq əməyi nəticəsində ilkin hüceyrə transplantasiyası həyata keçirilmiş altı QİÇS xəstəsindən beşində virus viral rezervuarda (virusu daşıyan bəzi hüceyrələr) belə görülməyəcək şəkildə azalıb.

Xəstələrin tamamilə sağalıb-sağalmadığı isə növbəti mərhələlərdə üzə çıxacaq.

Tədqiqatçılar bu metodun xəstəliyin ağır dərəcəsində istifadə olunacağını deyiblər.

Qeyd edək ki, QİÇS-in müasir müalicəsində antiretroviral üsuldan istifadə olunurdu. Bu üsulla xəstəlik tamamilə aradan qaldırılmır, sadəcə virusun bədəndə daha çox yayılmasının qarşısı alınır.

Nurlan AĞA
AzNews.az