Tanınmış cütlüklər 14 fevralı necə keçirirlər?

Buro247.az “Sevgililər günü” münasibətilə Azərbaycanın tanınmış cütlüklərinə eyni sualı verib: İlin ən romantik bayramını necə keçirirsiniz?


AzNews.az müsahiblərin cavablarını təqdim edir:

Miri Yusif və Nərgiz Mirbabayeva

Romantik şam yeməyi təşkil edirik, bir-birimizə hədiyyə veririk. Ən vacibi isə Bakıda və ya onun hüdudlarından kənarda birlikdə oluruq. "Sevgililər günü"nü biz tez-tez keçiririk. Buna görə də yadda qalan günlərimiz çoxdur.


Nika və Mika Danilovlar

Düzünü desəm, biz bu bayrama böyük əhəmiyyət vermirik, ancaq buna baxmayaraq, bir-birimizi diqqətdən kənar qoymuruq. Mütləq restorana gedir, bir-birimizə hədiyyə veririk. Ancaq hədiyyələri daha tez veririk, çünki ikimiz də çox səbirsizik.


Qəmər Məlikova və Elçin Əzizov

Məsələ burasındadır ki, bizim üçün hər gün sevgililər və qarşılıqlı sürprizlər günüdür. Bir-birimizə səbəbsiz yerə hədiyyələr verir, bayramlardan asılı olmayaraq, əhval-ruhiyyəmizə görə restoranlara gedir, zarafat edir və "sevirəm" sözünü gündə ən azı, 10 dəfə bir-birimizə deyirik.


Teymur Rəcəbov və Elnarə Nəsirli

Sevimli Bala layihəsinin yaradıcısı Elnarə Nəsirli: "Tez-tez səfərlərdə olduğumuzdan bu romantik bayramı qeyd etməyin ən yaxşı üsulu evdə bir yerdə olmaqdır. "Müqəddəs Valentin günü"nü rahat ev şəraitində keçirməyə üstünlük veririk, başqa cür mümkün deyil". Elnarənin sözlərinə görə, ən yadda qalan "Sevgililər günü" ərinin "Apfelştrudel" hazırladığı gün olub: "Bu, gözlənilməz olmuşdu, çünki o, çox nadir hallarda yemək bişirir".


Səidə Tağızadə və Aleksey Miltıx

Son zamanlar "Sevgililər günü"nü qızımız və oğlumuzla birgə keçiririk. Bir-birimizə hədiyyə veririk, ancaq yenə də ikimiz keçirməyə çalışırıq. Harasa getmək ən yaxşı ideyadır. Əsas şərt telefonun olmamasıdır. Dünyadakı hər şey haqında danışırıq. Ümumilikdə, günü bir-birimizə həsr etməyə çalışırıq.


Orxan Aslanov və Günay Aslan-Ansari
Biz hesab edirik ki, sevgililər üçün konkret tarix olmamalıdır. Hər günü "sevgi günü" kimi qeyd etmək olar. Əslində, bizim özümüzün belə bir günümüz var: 22 dekabr. Məhz həmin gün ilk dəfə bir-birimizi gördük və anladıq ki, bu sevgi ömürlükdür.