Rəvan Habiloğlu ikinci dəfə ailə quracaq

Ruhi xəstəxanada müalicə aldığı haqqında yayılan xəbərlərdən sonra müğənni Rəvan Habiloğlu bu və digər məsələlərə aydınlıq gətirəcək. AzNews.az-ın məlumatına görə, bu barədə müğənni "Lider" telekanalında yayımlanan "Rəngarəng" verilişində deyəcək.

AzNews.az-a açıqlamasında verilişin rejissoru Aynurə Tahirqızı bildirib ki, 12 il əvvəl sənətdən müəmmalı şəkildə gedən mahir kamança ustası Habil Əliyevin yeganə varisi, müğənni Rəvan Habiloğlu yenidən sənətə qayıdır:

"Aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanacaq "Rəngarəng"də dönüşünü elan edən Rəvan Habioğlu bu gün saat 21.00-da "Lider" telekanalında yayımlanacaq verilişdə bir çox maraqlı söhbətlərlə yadda qalacaq. O, verilişdə yeni yazdırdığı mahnıları da ifa edəcək. Həmçinin, Rəvan Habiloğlu ilk ailəsindən, qız övladından, Yeni ilə qədər quracağı yeni ailəsindən, dönüşündən sonra sənətdə edəcəyi layihələrdən, oxuyacağı duetlərdən-xarici və yerli ulduzlarla və başqa bu kimi məslələrdən danışacaq".

Fuad Mədətov
AzNews.az