Aşıq Namiq Hüseynovu (Fərhadoğlu) aldadaraq 53 min manatını mənimsəyiblər. Aşıq Namiq Hüseynovu (Fərhadoğlu) aldadaraq 53 min manatını mənimsəyiblər.

Aşıq Namiq aldadıldı - 53 min manatını mənimsədilər

Aşıq Namiq Hüseynovu (Fərhadoğlu) aldadaraq 53 min manatını mənimsəyiblər.


AzNews.az xəbər verir ki, bu haqda musavat.com saytına aşıq Namiqin özü məlumat verib. O, iddia edib ki, dostu vasitəsilə tanıdığı Rəşad adlı şəxsə birgə iş qurmaq məqsədi ilə 53 min manat verib: "Əslən Kəlbəcər rayonundan olan Babayev Rəşad Məzahir oğlu mənim 53 min manatımı mənimsəyib. Uzun illərdir ki, tanıdığım Habil adlı dostum məndən 10 min manat istədi. Bildirdi ki, bir nəfərə (Rəşad Babayevi nəzərdə tutur) pul lazımdır, borc ver, artıqlaması ilə qaytaracaq. Mən də bildirdim ki, adıma ev, maşın keçirsə, ona 10 min verərəm. Xətai rayonunda yerləşən notarius idarəsində Rəşad maşınını mənim adıma keçirdi, 1 həftə sonra pulumu qaytardı, mən də maşını geri qaytardım. Bir müddət sonra 13 min manat istədi, notariusa getdik, növbə olduğu, dostum da tanışına zamin durduğu üçün pul məsələsini aramızda həll etdik. Ondan sonra məndən dəfələrlə pul alıb, qaytardı. Rəşad kompüter şirkətində işləyirdi, dedi mal gətirir, 100 min manatlıq işdir, hamımız pul qoyub iş quraq. Məndən 30 min manat istədi. Mən o zaman da bildirdim ki, evini adıma keçirsə, o pulu taparam. Bu dəfə də dostum Habil Rəşada zamin durdu. Məndə o qədər pul olmadığı üçün dostlarımdan birindən aldım. Rəşad 30 mini qaytarmadan dəfələrlə məndən pul alıb qaytardı. Sonuncu dəfə məndən 3000 manat aldı, beləliklə borcu 53 min oldu. Ondan sonra Rəşad yoxa çıxdı. Sonradan öyrəndim ki, Habilə 53 min, onun əmisi oğlu Aqilə 71 min manat borcu var. Rəşadın işlədiyi şirkətə getdik, orada məlum oldu ki, 34 min manat da onlardan alıb və qaytarmayıb, Rəşadın iş yoldaşları artıq Nərimanov Rayon Prokurorluğuna şikayət ediblər. Prokurorluqdan maraqlandım, dedilər 5 gün əvvəl orada olub. Mən də Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş Mütəşəkkil İdarəyə Rəşadın dələduzluğu barədə şikayət ərizəsi yazdım. Ramil Usubov işi nəzarətə götürüb, Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi, oradan da Nərimanov Rayon Polis İdarəsinə göndərildi. İşə Gülnarə adlı müstəntiq baxırdı, nə vaxt yanına getsəm, deyirdi ki, təzyiqi qalxıb ölür. Gülnarə xanım işə biganə yanaşdığı üçün prokurora ərizə yazıb müstəntiqin dəyişdirilməsini xahiş etdim. Müstəntiqin dəyişdirildiyi deyilsə də, dəyişmədilər. Mənim məsələmə baxan olmadı. Tez-tez gedib bezdirdiyim üçün işi Elçin adlı müstəntiqə verdilər. Rəşadı 15 gün əvvəl polis idarəsinə çağırdılar, xarici maşında, brend geyimdə gəldi, 2 dəqiqə oturub getdi. Yazışmamız var, sübutum var, amma dekabr ayından işə baxmırlar. Aqil ilə Habil Abşeron Rayon Prokurorluğuna şikayət ünvanlandığı üçün mən də işimin ora göndərilməyini istədim. Aprelin 25-də iş göndərilib. Ümid edirəm ki, bu dəfə Rəşadın dələduzluğuna biganə yanaşmayacaqlar".

Namiq tərəfindən dələduzluqda ittiham olunan Babayev Rəşad Məzahir oğlu ilə əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.