Azərbaycanı “Evrovision-2017”də kim təmsil edəcək? – Qərar verildi

“Eurovision-2017” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.


İTV-nin İctimayyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, dekabrın 5-də keçirilən iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.

Münsiflər Heyəti bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar verib.



Müsabiqənin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək. 62-ci dəfə təşkil olunacaq müsabiqədə ümumilikdə 43 ölkə iştirak edəcək.

"Eurovision - 2016" müsabiqəsinin qalibi "1944" mahnısı ilə ukraynalı müğənni Camala olub.

Aydan