- Köhnə - Şou-biznes
- 6 Dekabr 2016 23:43
- 5 769
Azərbaycanlı müğənninin arvadı “Grammy”yə namizəddir - Fotolar
Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko “Grammy” mükafatının “Ən yaxşı klassik solo vokal albom” nominasiyasına namizəddir.
AzNews.az Qafqaz.info-ya istinadən xəbər verir ki, o, "Verismo" albomu ilə bu ad uğrunda mübarizə aparacaq.
Həmçinin, Yen Bostric, Dorotey Pyoşman, Maqdalena Kojena və Səbinə Deviye bu nominasiya üzrə namizədlər sırasındadır.
Mükafatlandırma mərasimi 2017-ci il fevralın 12-də keçiriləcək.
Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurub. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.