2016-cı il bir sıra qalmaqallarla yadda qaldı. Hətta xoşagəlməz hadisələrin sayı o qədər çox olub ki, il özü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. 2016-cı il bir sıra qalmaqallarla yadda qaldı. Hətta xoşagəlməz hadisələrin sayı o qədər çox olub ki, il özü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi.

2016-cı ilin ən səs-küylü - Qalmaqalları + Fotolar

2016-cı il bir sıra qalmaqallarla yadda qaldı. Hətta xoşagəlməz hadisələrin sayı o qədər çox olub ki, il özü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi.


2016-c il üzrə ən səs-küylü hadisələr isə Donald Trampın prezident seçilməsi və ulduzların buna reaksiyası, Lindsi Lohanın sevgilisindən ayrılması, Kanye Uestlə Taylor Sviftin keçmiş münaqişəsi, "Oskar"da rasiszm qalmaqalı oldu.

AzNews.az ötən ilin ən çox müzakirələrə səbəb olan qalmaqallı hadisələrini yada salır:

Donald Trampın qələbəsi və ulduzların etiraz dalğası



ABŞ prezident seçkilərində Donald Trampın qalib gəlməsi ulduzlarla siyasəti birləşdirən ən yeni qalmaqaldır. Məşhurlar Trampın prezident seçilməsinə kəskin reaksiya verdilər. Səbəb isə çox sadədir: seçkidən əvvəl Hillari Klintonu dəstəkləyən Hollivud ulduzları Trampın qələbəsini şərh etməyə bilməzdilər. Mayli Sayrus və Ledi Gaga Trampın qələbəsini insanlar içərisində ağlamaqla qarşıladılar. Qələbədən sonra hələ də, sakitləşə bilməyən Kris Evans Trampı "Twitter"də tənqid etməyə davam edir. Madonna isə seçkilərin nəticələri elan olunduqdan sonra inqilab etməyə çağırdı.


Lindsi Lohan və Yeqor Tarabasov



Cəmi bir neçə ay əvvəl Lohan Londonda sakit həyatını yaşayır və ailə qurmağa hazırlaşırdı. Lakin çox keçmədən aktrisanın həyatında növbəti qara zolaq başladı. İyulda Lohan nişanlısını ona qarşı şiddət tədbiq etməkdə və onu boğmağa çalışmaqda ittiham etdi. Bundan sonra silsilə şəkildə açıq müsahibələr verən aktrisa içki alüdəçisinə çevrilərək pərəstişkarları ilə mübahisəli qalmaqallar yaşadı. Hətta iş o həddə çatdı ki, keçmiş nişanlısı Lohanı məhkəməyə verməklə hədələdi. Sonuncu xəbərlərə əsasən isə demək olar ki, aktrisa müflis olmaq dərəcəsinə çatıb. O, Londondakı evindən köçərək oteldə yaşayır.


Kanye Uest – Taylor Svift – Kim Kardaşyan münaqişəsi



Kardaşyan ailəsi il ərzində bir sıra qalmaqallı xəbərlərilə gündəmi zəbt etdi. Lakin bu xəbərlər içərisində ən çox səs-küy toplayanı Kanye Uestlə Taylor Svift arasında yaşanan münaqişə oldu. Uestin Sviftin ünvanına təhqir işlətdiyi "Famous" trekini çıxarması köhnə düşmənçiliyi yenidən alovlandırdı. Uest Sviftin trekdə adının çəkilməsi barədə xəbərdar olduğunu desə də, aktrisa icazəsiz olaraq adından istifadə olunduğunu bildirdi. Qalmaqal Kim Kardaşyandan da yan ötmədi. Ərinin müdafiəsinə qalxan Kardaşyan Svifti şər atmaqda və 2009-cu ildə "World Music Award"da çıxışı zamanı Uest tərəfindən sözü kəsildikdən sonra özünü qurban kimi aparmaqda ittiham etdi.


Oskar mükafatı ətrafında qalmaqal və rasizm ittihamı



Yanvarda Film Akademiyası "Oskar 2016"nın namizədlər siyahısını elan etdikdən sonra ən məşhur film mükafatının ünvanına tənqidlər yağmağa başladı. Maraqlıdır ki, qalmaqalın təşəbbüskarı Nyu-Yorkun meri Bill de Blazio oldu. O, "Oskar"ı etnik müxtəlifliyin olmamasında ittiham etdi. Onun bu ittihamlarına səbəb isə namizədlər arasında qaradərili insanların sayının çox az olması oldu. Daha sonra bu ittihamlar bir sıra qaradərili aktyorlar tərəfindən səsləndi. Nəticədə islahatların keçiriləcəyi elan olundu. Bu islahatlara əsasən, çox sayda qaradərili Hollivud nümayəndəsi Film Akademiyasında üzvlük alacaq.

Aydan