Aktrisa ikinci evliliyindən danışdı: “Bizə uşaq lazım deyil”

Gənc Tamaşaçılar teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva ərə gedib.


Bu barədə AzNews.az-a onun özü məlumat verib. O, bildirib noyabr ayının sonlarında cütlük arasında nigah bağlanıb:

"Evlənmişik. Bu il mənə düşərli oldu. Bəyin özünün evi var. Amma hələ kimin evində yaşayacağımızla bağlı qərar verməmişik."

Aktrisa həyat yoldaşının kimliyini açıqlamaq istəmədiyini deyib: "Onun kimliyi ancaq mənə lazımdır".

Naibə Allahverdiyeva ikinci evliliyindən uşaq dünyaya gətirmək arzusunda olmadığını vurğuladı:

"Bu yaşdan sonra nə uşaq? Yox, uşaq istəmirəm. Onun da mənim kimi uşaqları var. Bizə uşaq lazım deyil. Bu gündən sonra ancaq özümüzə baxacayıq. Biz bir-birimiz üçün yaşamaq fikirindəyik. Dünyanı gəzmək, yaşadığımız bütün acıları unutmaq və bir-birimizə dəstək olmaq. İkinci evliliyin prinsipi budur. İnsan yaşa dolanda tənhalığı daha çox hiss edir. Uşaqlardan biri evlənib, biri gəlin köçəcək, sonra biz tənha qalacıyıq. Odur ki, qalan həyatı tək yaşamayaq. Pis gözlərdən, nəzərlərdən uzaq olaq."

Bahar RÜSTƏMLİ
AzNews.az