“Forbes” jurnalı 2016-cı il ərzində “YouTube” kanalında ən çox izlənən videoların reytinqini hazırlayıb. “Forbes” jurnalı 2016-cı il ərzində “YouTube” kanalında ən çox izlənən videoların reytinqini hazırlayıb.

2016-cı ilin ən məşhur klipləri - Video

“Forbes” jurnalı 2016-cı il ərzində “YouTube” kanalında ən çox izlənən videoların reytinqini hazırlayıb.


AzNews.az xəbər verir ki, sıralamada ilk yeri Amerikanın 5 qızdan ibarət "Fifth Harmony" qrupu və onların "Work from Home" klipi tutub.

"Fifth Harmony" qrupunun qızları təkcə vokal bacarıqları ilə deyil, gözəllikləri ilə də uğura doğru addımlayırlar. Bu çox effektiv və ənənəvi üsuldur. Məqsəd isə birdir, müxtəlif xüsusiyyətlərə malik qızlar bütün maraqlara sahib insanları özlərinə cəzb edə bilirlər. Nəticə də göz önündədir: klip "YouTube" kanalında 3 milyard dəfədən çox izlənib.



İkinci yerdə Calvin Harris və Rihannanın "This Is What You Came For" adlı klipi qərarlaşıb. Üçlüyü "Hasta El Amanecer" mahnısı ilə american Nicky Jam tamamlayıb.

Siyahıda sonrakı pillələrdə bu kliplər yer alıb:

The Chainsmokers - "Closer",
Rihanna və dj Drake - "Work",
Mike Posner – "I Took A Pill In Ibiza",
Sia və Sean Paul – "Cheap Thrills".