Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə paylaşdığı şəkili izləyiciləri tərəfindən qəzəblə qarşılanıb. Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə paylaşdığı şəkili izləyiciləri tərəfindən qəzəblə qarşılanıb.

Xalq artisti faciə günü foto paylaşdı – Tənqid atəşinə tutuldu

Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə paylaşdığı şəkili izləyiciləri tərəfindən qəzəblə qarşılanıb.


AzNews.az xəbər verir ki, Xəzər dənizində baş verən faciə günü sənətçi əynində şortik, rahat dincəldiyi yerdə gülərüz şəklini paylaşıb. O, bu şəklinə görə izləyicilər tərəfindən tənqid olunub.

Sosial mediya izləyiciləri Aygün Kazımovanın bu hərəkətini "Xalq Artisti" fəxri adına yaraşmadığını qeyd ediblər:

"Şəkil paylaşmaqdansa, Azərbaycanımıza baş sağlığı verin. O qədər neftçimiz itkin düşüb."

"Millətin atası, qardaşı itkin düşüb. Sənin, mənimdə qardaşımız ola bilərdi. Nə danışırsan? Yas tutmalıyıq yas."

"Onsuz da bu millətə toy-bayram lazımdır. Yas, hadisələr bunlar nədir bilmirlər. Təkcə bir nəfərə aid deyil, hamı bunları bilməlidir".

"Məncə normal deyil, Xalq artisti üçün."

"Çoxu deyir müğənnidi, belə olmalıdır. Amma mən razılaşmıram. Ay camaat, bunlar itki nə bilir, ölüm nə bilir? Bilsəydilər məhərrəmlik gələndə iki ay toy yoxdur deyə sifət eləyib, kefsiz oturmazdılar."

Bahar RÜSTƏMLİ
AzNews.az