Amerikalı aktrisa Skarlett Yohansson jurnalın reytinqində birincidir. Amerikalı aktrisa Skarlett Yohansson jurnalın reytinqində birincidir.

Forbes il ərzində ən çox qazanan aktyorların adını açıqladı

Amerikalı aktrisa Skarlett Yohansson jurnalın reytinqində birincidir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın çəkildiyi “Birinci qisasçı: Qarşıdurma” filmi kassa gəlirlərinə görə rekord qırmağı bacarıb - 1,2 milyard dollar gəlir.

Siyahının ikincisi isə Skarlettin filmdəki həmkarı Robert Dauni-kiçikdir. O, “Qisasçılar” filminə 1.15 milyard dollar gəlir qazandıra bilib. İlk üçlüyü “Suicide squad” filminə 1.1 milyard dollar gəlir qazandıran Marqo Robbi bağlayır.

Həmçinin, siyahıya Emi Adams ($1,04 milyard), Ben Afflek ($1,02 milyard), Rayan Reynolds ($820 milyon), Felisiti Cons ($805 milyon) və Uill Smit ($775 milyon) daxildir.