Müğənni Bakının mərkəzində yol qəzasına düşdü

Milli.Az-ın əldə etdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl müğənni Günay İbrahimlinin idarə etdiyi "Nissan" markalı avtomobil "Opel" markalı avtomobillə toqquşub.

Hadisə Bakının mərkəzində, "Abşeron" mehmanxanasının yaxınlığında, yerli telekanallardan biri üçün aparılan çəkiliş zamanı baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb. Araşdırma üçün polis çağırılıb.