- Köhnə - Şou-biznes
- 27 Mart 2013 15:40
- 3 341
Azərbaycan bayrağı Nyu- York səhnəsində
Səfər təəssüratlarını oxucularımızla bölüşən Tolik həmvətənlərimizlə olan görüşdən xeyli məmnun olduqlarını gizlətmədi: "Bu səfəri Sevda Yahyayevanın növbəti uğuru kimi qiymətləndirirəm.
Sevda səhnədə olduğu bir saat ərzində Nyu-Yorkda yaşayan soydaşlarımız, eləcə də amerikalı qonaqlara əsl musiqili ziyafəti yaşatmağa müvəffəq oldu. ANA cəmiyyətinin üzvləri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Amerika üzrə təmsilçisi Esmira Əsgərova, eləcə də təşkilatın fəalları Sevdanın çıxışını xüsusi coşqu ilə qarşıladılar.
Özüm orada oldum deyə tərif kimi çıxmasın, çalışdığım müğənninin səmimi davranışını xüsusi vurğulamaq istəyirəm. Salona toplaşanlarla ifa etdiyi musiqiləri onlarla bərabər rəqs etməsi, bayrağımızı dalğalandırmasının şahidi olmaq çox qürurverici idi.
Onu da deyim ki, tanınmış rəqqasımız Tahir Eynullayev və gənc müğənni də konsertdə səhnəyə çıxdılar. Sevda çıxışını "Azərbaycan" mahnısının sədaları ilə tamamladı.
Nyu-Yorkda keçirdiyimiz günlərdə bir neçə maraqlı məkanlarda da olduq. Həmin fotoları da yaxın günlərdə oxucularınıza təqdim edəcəyik".
AzNews.az