Davut Güloğlu Bakıya gələcək

Bu barədə məlumatı təşkilatçı Samir Xəttab verib


O, bildirib ki, Davut Güloğlu İyun ayında ölkəmizdə qonaq olacaq: "Davut Güloğlu Azərbaycanda dinlənilən bir ifaçıdır. İnsanlara maraqlı olduğu üçün "HAS Production" və mən düşündük ki, onu Bakıya dəvət edək. Davut Güloğlu ilə razılığa gəlib müqavilə bağladıq. 8 İyunda Bakıda Konsert proqramında Azəristar müsaibqəsindən tanıdığımız Arzu Seyidzadə ilə eyni səhnəni bölüşəcək. Konsertdə Arzu Seyidzadə ve Davut Güloğlunun dueti də səslənəcək.Tezliklə hər iki müğənninin birgə reklam anonsu sevənləri üçün yayımlanacaq.Bunun üçün önümüzdəki həftə İstanbula yola düşəcəyik.İstanbulda həm reklam anonsu çəkiləcək həm də Arzu Seyidzadə üçün Türkiyənin məhşur bəstəkarının hədiyyəsi olan 2 bəstənin səs yazması olacaq.Bu bəstələrdən birinə elə İstanbulda klip də çəkiləcək.Çox əminik ki, Arzu Seyidzadənin bu iki mahnısı da yayin xitinə çevriləcək ",-deyə Samir Xəttab bildirib.

AzNews.az