“Toppuş bacı“ “palatka toyu“nu seçdi

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyevanın toyu iyunda olacaq.


AzNews.az-ın məlumatına görə, bu barədə aktrisa "Plyus-Minus" verilişinə açıqlamasında bildirib.

"Nişan mərasimini kənar yerdə keçirmək istəmədik. Buna görə də məclis öz həyətimizdə baş tutdu. İyun ayında qız toyu olacaq. Bir qədər keçdikdən sonra isə oğlan toyunu planlaşdırırq. Oğlan toyu rayonda, çadırda olacaq".

Tünzalə ailə mövzusu ilə gündəmdə qalmaqdan narahat olduğunu deyib:

"Ailə məsələsi ilə gündəmdə qalmağı istəmirəm. Mən ailəmi qorumaq, gözdən uzaq saxlamağa çalışacağam".

AzNews.az