Röya yenə də mükafatsız qaldı- VİDEO

Mübariz Mənsimovun sahibi olduğu “Pal FM”in mükafatlandırma mərasimi baş tutub

Azərbaycanlı milyardçı Mübariz Mənsimovun sahibi olduğu "Pal FM"in ilin ən yaxşılarının seçildiyi mükafatlandırma mərasimi baş tutub. Axşam.az-ın məlumatına görə, "İstanbul Edition otel və Billionare Club"da keçirilən gecədə müğənni Röya mükafat ala bilməyib. Xatırladaq ki, sənətçinin "Göndər" klipi "İlin ən yaxşıları" nominasiyasında iştirak edirdi.

Türkiyəli yerli müğənnilər isə mükafatsız qalmayıb. Hande Yenər "İlin səhnə performansı", Demet Akalın isə "İlin ən yaxşı albomu" nominasiyası üzrə birincilik əldə edib.

Gecənin ən çox diqqət çəkən qonağı isə Hadisə olub. Kürəyi açıq libası və bahalı zinət əşyaları ilə tədbirə qatılan Hadisə "Alternativ sinql" mükafatını alıb.

AzNews.az