İlhaməylə Nazpəri mayın 21-də məhkəmə çəkişməsində

Xalq artisti İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia ərizəsi əsasında başlanan məhkəmə prosesinə start verilir.

Bunu AzNews.az-a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva bildirdi. Məhkəmə prosesi mayın 21-də Nəsimi Rayon Məhkəməsində keçiriləcək: "Məhkəmə hələ təzə başlayır. Bu hazırlıq prosesidir. Onlardan kim gələcək bilmirəm? Amma mən mütləq orada olacam."

Nazpəri Dostəliyevanın vəkilinin sözlərinə görə, sözügedən məhkəmə prosesinin nə vaxt keçiriləcəyi ilə bağlı məlumatsızdır: "Düzü, məhkəmənin vaxtı məlum deyil. Amma məhkəmədə bizim tərəfdən də iştirak edən olacaq".

Bahar Rüstəmli
AzNews.az