“Hər şeyi unudub, yeni mahnılar yazdırıram”

Bir müddət öncə əməkdar artist Məhəbbət Kazımov səhhətində ciddi problemlərin yarandığını dilə gətirdi. Ürəyində iki damarın üst-üstə birləşdiyini deyən müğənni həkimlərin ona 3 ay vaxt qoyduğunu bildirib.

Müğənni AzNews.az-a açıqlamasında bildirdi ki, hazırda onun səhhətində yaranan problemlər aradan qalxıb: "Düzdür, səhətimdə belə problem vardı. Hazırda çox yaxşıyam. Heç bir problem də yoxdur. Hər şeyi unudub, yeni mahnılar yazdırıram. Yaxın günlərdə hansı telekanala dəvət alsam, onları ifa edəcəm."

Bahar Rüstəmli
AzNews.az