Emin Ağalarov dünya gözəli ilə bir arada - VİDEO

Bəstəkar-müğənni Emin ötən gün uzun müddətdir gözlənilən klipini təqdim edib.

"Amor" adlanan klipdə 2012-ci ildə dünya gözəli seçilən Olivia Kulpo çəkilib.

Müğənninin yeni albomundan ilk sinql olan "Amor"un ekran versiyasını Ledi Qaqaya çəkdiyi kliplə "Qremmi" mükafatı almış Kris Sims və Keti Anqstadt hazırlayıb.

Klipin təqdimat mərasimi Eminin Moskvada yeni açılan "Rose Bar" adlı restoranında baş tutub.

Rusiya mətbuatı dəbdəbəli yaxtanı xatırladan restoranın Moskvanın ən gözəl məkanlarından biri olacağını yazıb.//axsam.az//



AzNews.az