“Toppuş bacı“nın toyunun tarixi dəyişdirildi

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva bu gün gəlin köçəcək.

Aktrisanın oğlan toyunun iyulun 7-də olacağı qeyd edilsə də, tarix bu günə dəyişdirilib.

Aktrisa xəbəri təsdiqləyib. O bildirib ki, toyu sadə olacaq:

"Evdən bizi qara zurnanın müşayiəti ilə çıxaracaqlar. Şadlıq evinə isə dini qrupun ifası ilə daxil olacağıq. Qeyri-adi toy planlaşdırmamışıq. Toyu şadlıq evinin öz ansamblı müşayiət edəcək.

Müğənnilər çox olacaq. Əksəriyyət şou əhli toya dəvətlidir. Hər kəs öz mahnı tövhəsini təqdim edəcək".//axsam.az//

AzNews.az