Aqil M. Quliyev bütün sirrlərini açıqlayacaq

Ötən həftə həbsdən azad olunan rejissor Aqil M. Quliyev yeniliklərindən danışıb.

ATV telekanalında yayımlanan "Gün keçir" verilişinə qonaq olan rejissor bundan sonra sevgi həyatına son qoyduğunu deyib:

"Həbsdən sonra həyatımdakı bütün qadınları sildim, ağ səhifə açdım. Bu səhifədə isə uzun müddət heç bir sevgi, münasibət olmayacaq. Heç vaxt deməmişəm ki, mən həbsdə ola bilmərəm. Amma təsəvvür belə etməzdim ki, buna bir qadın səbəbkar olar.

Təcridxanada olmazdan əvvəl "Şaman" tammetrajlı filmin son çəkilişlərini başa vurmuşdum. İndi onun montaj işləri gedir. Yaxın günlərdə nümayişə çıxacaq. Öz həyatımla bağlı film çəkəcəyəm. Burada bütün sirlərim açılacaq".

Aqil M. Quliyev efir vasitəsilə mətbuata müraciət ünvanlayıb:

"Mənim tək fotosessiyalarım internetdə çoxdur. Hər kəsdən xahiş edirəm ki, həmin xanımla olan şəkillərim heç bir yerdə yayımlanmasın".//axsam.az//

AzNews.az