Həmkarları Aygünün getməsindən danışdı

Son vaxtlar şou-biznes gündəminin ən aktual mövzusu olan xalq artisti Aygün Kazımova və Brilliant Dadaşova arasındakı qalmaqala həmkarları da münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, onlar həmçinin "Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinə Aygün Kazımovanın vətəni tərk etməsindən danışıb.

Müğənni İzzət Bağırov:

"Kənardakı insanlar bizi görəndə deyirlər ki, bu müğənnilərin nə dərdi var ki... Amma bizim də özümüz boyda dərdimiz var. Aygün Kazımovanın depressiyaya düşməyi normaldır. Hər ikisi xalq artistidir, nə etdiklərini yaxşı bilirlər, bizim nəsə deməyimiz doğru deyil".

Meyxanaçı Namiq Qaraçuxurlu:

"Bu söhbətə fikir bildirdikcə uzanıb gedir, yeni mərhələyə keçir. Ona görə də Aygün və Brilliant qalmaqalından danışmamaq lazımdır.

Müğənni Zamiq:

"Hər iki müğənninin fikrinə, qərarına hörmətlə yanaşmalıyıq. Aygünü də, Faiqi də, Brilliantı da bizimdir. Hamısının sənətini sevirik. Amma inanmıram ki, Aygün Kazımova buraları tərk etsin".

Müğənni Elçin Cəfərov:

"Aygün Kazımova şirin xanımdır. O, hara getsə seviləcək, özünə yer tapacaq. Amma yaxşı olardı ki, elə Azərbaycan şou-biznesində qalsın".

Əməkdar artist Abbas Bağırov:

"Mən inanmıram ki, Aygün xanım vətəni tərk edər. O, Azərbaycandan kənarda yaşaya bilməz. Ümid edirəm ki, getməyəcək".

AzNews.az